Rembrandt Harmens van Reyn (15 iyul 1606, Leyden-4 oktyabr 1669, Amsterdam) — məşhur holland rəssamı və qrafiki, dünya incəsənətinin ən görkəmli nümayəndələrindən biri.

Həyatı

Dəyirmançı ailəsində doğulmuşdur. Bir müddət Leyden Universitetində oxumuş (1620), sonralar Leydendə Yakob van Svanenburxdan (təqr. 1620-23) və Amsterdamda Piter Lastmandan (1623) rəssamlıq dərsləri almışdır.

1625-31-ci illərdə Leydendə işləmiş, 1632-ci ildə Amsterdama köçmüşdür. Burada Rembrandtın Saskiya van Eylenbürx (1634-42), sonra isə Hendrike Stoffels (təqr. 1649-63) ilə evlənməsi onun sonrakı həyat və yaradıcılığına mühüm təsir göstərmişdir (Saskiyaya dərin məhəbbəti, əsərlərində tez-tez onun obrazını əks etdirməsi, hər iki qadının həyatdan vaxtsız getməsi və s.).

1630-1640-cı illərin əvvəlləri Rembrandt yaradıcılığının uğurlu dövrü və şəxsi həyatının xoşbəxt çağları olmuşdur. Bu illərdə portretlər ustası kimi şöhrət qazanan Rembrandt külli miqdarda sifariş almış, yanına çoxlu şagird gəlmişdir.

Yaradıcılığı

Rembrandt yaratdığı portretlərdə ("Doktor Tülpün anatomiya dərsi" 1632, "Saskiyanın portreti" təqr. 1634, "Saskiya ilə avtoportret" təqr. 1635 və s.) obrazların səciyyəvi cizgilərini məharətlə verə bilmişdir. Rembrandtın bu dövrdə çəkdiyi süjetli kompozisiyalarda ("Çarmıxdan endirilmə" 1634, "İbrahimin qurban verməsi" 1635, "Danaya" 1636, "Samsonun gözlərinin çıxardılması" 1636) bir tərəfdən barokko incəsənətinə xas dekorativ əlamətlər, digər tərəfdən isə obrazların realist şərhi özünü büruzə verir.

Rembrandt 1642-ci ildə məşhur "Gecə gözətçisi" əsərini başa çatdırmışdır.




























































































Müəllif hüquqları qorunur. Xahiş edirik saytdan hər hansı bir informasiya istifadə etdikdə mənbəni göstərəsiniz. UĞURLAR! //İnfoSet